Söz: Orxan Əliyev
Musiqi: Aydın Sani
Aranjman: Mahir İbrahimov
Gitara: Şahin Əlizadə
Kamança: İffət Əsgərov
Skripka: Mahir İbrahimov
Rejissor, Operator, Montaj: Firdovsi A. Nəbiyev
FOLKLOR studiyası
©️2019
Aydin Sani Tut elimden
#AydinSani #TutElimden
Oğrun-oğrun nə qədər seyr eləyim güzgüdə süzgün baxışı...
Güzgü əks etdirə bilmir axı qəlbimdəki düzgün baxışı...
O baxışlar ki, mənim qəlbimi viran eləyibdir...
Axı sərhəd tanımır...
O məhəbbət ki, könül mülkünü talan eləyibdir...
O da bir hədd tanımır...
Nə olar, dinlə bu qəlbin səsini...
Ahu fəryada qarışmış o həzin nəğməsini...
Dinləsən bəlkə də buzlar əriyər...
Sındırıb güzgünü ardınca baxışlar yeriyər...
Sən ayaq qoyduğun hər bir yerə sürtər üzünü...
Sanki bu yollara illərdi ki, dikmiş gözünü...
Ey gözüm nuru, gül üzlüm...
Mənə də sarı dolan...
Səni səndən də xəbərsiz sevənin halına yan...
Ahım olmuşdu küləklər...
Gözümün yaşı yağış...
Qalma biganə nə olsun...
Bu işə barı qarış...
Bir nəzər sal mənə nə olar...
Tutuşub yandı ürək...
Həsrətindən sinəm içrə yanıb odlandı ürək...
Bax ki, baxmaqla həyat bəxş elə solmuş qəlbə...
İçi sənsizliyin ağırlığı dolmuş qəlbə...
O baxışlardan axan istiliyi duysun ürək...
Ehtiyac içrə olan ruhumu doydursun ürək...
Tut əlimdən, elə tut ki...
Qırılıb qalsa da qollar yer üzündə...
Yenə də bir-birinə sarmaşaraq...
Həsrətə meydan oxusunlar...
Tut əlimdən, elə tut ki...
Elə bil arzu tutursan ürəyində...
Elə bir arzu ki...
Hazırdı yerindən qopara çərxini hətta fələyin də...
Tut əlimdən...
Elə bir tutqu ki...
Dünya qəfəsin sındıra bilsin...
Bu tutunmaqdan ürəklər tutuşub...
Atəşi eşqə dənizi yandıra bilsin...
Tut əlimdən elə sıx ki...
Ölüm hətta belə acizliyini hiss edə bilsin...
Elə tut ki əcəlin səbri tükənsin...
Əlin üzsün, gedə bilsin...
Aydın Sani - Tut əlimdən, Aydin Sani Tut elimden Mp3 Yukle, mp3, musiqi, mahni, axtar, yukle, pulsuz, mp3 axtar, mahni axtar, mahni yukle, mp3 yukle, mp3 axtar yukle, mp3 musiqi, musiqi yukle, yeni mahnilar, xarici mahnilar, xalq mahnilari, bass mahni, bass mahnilar, bass, trap, mahnı yüklə, mp3 yüklə, yüklə, pulsuz mahnilar
Müəllif: www.NiNa.Az
Nəşr tarixi: