Musiqi: Aygün Bəylər
Söz: Tural Müseyibov
Aygün Bəyləri rəqəmsal plaftormalarda dinlə:
Keçid: https://lnk.to/Aygun_B...
Aygün Bəylərə YouTube-da abunə ol: / @aygun.beyler
Sözlər:
\x5bBənd 1\x5d
Sən əsən bir küləksən, qəlbimi üşüdən keçmişsən mənim üçün
Sən axıb gedən çaysan, daha keçmişsən mənim üçün
Sən bir zaman xəyallarımda qurduğum büllur saraysan
Artıq dağılıb uçmusan mənim üçün
Sən bir ömürsən, uzaq keçmişə dönən bir ömür
Sən qar olan qürub çağısan, dünənimin qürubu
\x5bKeçid\x5d
Sən batan bir Günəşsən, bəxtim qədər qara
Bir taleyin, bir taleyin gecəsisən
Gecəsisən, gecəsisən mənim üçün
\x5bNəqərat\x5d
Bir ömür yaşadım səninlə birgə
Yalnız ürəyini qoruya bildim
Bütün varlığınla getdin hər gecə
Ürəyim sənindir, dedin gizlicə
Əlimə uzanan əllərin hanı?
Məni ram eyləyən dodaqlar hanı?
Gör nə tez keçmişə dönübdür bunlar
İndi başqasını qoynundasan sən
Ağrılı keçmişsən mənim üçün sən
Bəlkə də, ölmüşəm sənin üçün mən
Sən layiq deyilsən ağrı, acıya
Çiynində daşınmaz yük gəzdirirsən
Məcburən gülürsən insan üzünə
Ürəksə ağlayır, məhv olursan sən
Mənim sığal çəkib öpdüyüm tellər
Hansı sinələrə kölgə salıbdır?
Mənim əksim düşən ala gözlərdə
Nə bilim, kimlərin əksi qalıbdır?
\x5bBənd 2\x5d
Artıq bir keçmişsən sən mənim üçün
Çünki itirirəm səni hər gecə
Saf idin, pak idin körpə ikən sən, körpə ikən sən
Ömrünün əziz ilk baharında taleymi, insanmı yıxdı evini?
Acı gözyaşılarından, bəndəliyin o, o çirkab qaranlıqlarından
Tanrı da səni, Tanrı da səni qoruya bilmədi
\x5bKeçid\x5d
Sən batan bir Günəşsən, bəxtim qədər qara
Bir taleyin, bir taleyin gecəsisən
Gecəsisən, gecəsisən mənim üçün
\x5bNəqərat\x5d
Bir ömür yaşadım səninlə birgə
Yalnız ürəyini qoruya bildim
Bütün varlığınla getdin hər gecə
Ürəyim sənindir, dedin gizlicə
Əlimə uzanan əllərin hanı?
Məni ram eyləyən dodaqlar hanı?
Gör nə tez keçmişə dönübdür bunlar
İndi başqasının qoynundasan sən
Ağrılı keçmişsən mənim üçün sən
Bəlkə də, ölmüşəm sənin üçün mən
Sən layiq deyilsən ağrı, acıya
Çiynində daşınmaz yük gəzdirirsən
Məcburən gülürsən insan üzünə
Ürəksə ağlayır, məhv olursan sən
Mənim sığal çəkib öpdüyüm tellər
Hansı sinələrə kölgə salıbdır?
Mənim əksim düşən ala gözlərdə
Nə bilim, kimlərin əksi qalıbdır?
Aygün Bəylər tərəfindən ifa olunan “Sən Artıq Bir Keçmişsən Mənim Üçün” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2024
Etiketlər:
#AygünBəylər #SənArtıqBirKeçmişsənMənimÜçün #mikpro
Aygün Bəylər — Sən Artıq Bir Keçmişsən Mənim Üçün (Rəsmi Audio), Aygun Beyler Sen Artiq Bir Kecmissen Menim Ucun Resmi Audio Mp3 Yukle, mp3, musiqi, mahni, axtar, yukle, pulsuz, mp3 axtar, mahni axtar, mahni yukle, mp3 yukle, mp3 axtar yukle, mp3 musiqi, musiqi yukle, yeni mahnilar, xarici mahnilar, xalq mahnilari, bass mahni, bass mahnilar, bass, trap, mahnı yüklə, mp3 yüklə, yüklə, pulsuz mahnilar
Müəllif: www.NiNa.Az
Nəşr tarixi: