Sözləri: Nazim Məmmədov
Musiqisi: Cabbar Musayev
Aranjeman: Yaşar Baxış
Tarix: 1996
Araz, dayan görüm, sözüm var sənə,
Sənin sularınla axmaq istərəm.
Bəlkə sahilinə gəldi qardaşım,
Onun gözlərinə baxmaq istərəm.
Bəlkə bacım gəldi, ürkək baxışlı,
Qoynunda bir gül var, vətən naxışlı,
Bir qədər yavaş ax, ürəyi daşlı,
Gülü sinəsinə taxmaq istərəm.
Dayan, Araz, sularınla,
Göz yaşımı apar mənim.
Dayan, Araz, sularınla,
Fəryadıma qoşul mənim.
Vətəndən vətənə axan bu dilək,
Bir gün məqsədinə yetişsin gərək.
Anamı görməyə tələsir ürək,
Başımı dizinə sıxmaq istərəm.
Cabbar Musayev - Dayan Araz, Cabbar Musayev Dayan Araz Mp3 Yukle, mp3, musiqi, mahni, axtar, yukle, pulsuz, mp3 axtar, mahni axtar, mahni yukle, mp3 yukle, mp3 axtar yukle, mp3 musiqi, musiqi yukle, yeni mahnilar, xarici mahnilar, xalq mahnilari, bass mahni, bass mahnilar, bass, trap, mahnı yüklə, mp3 yüklə, yüklə, pulsuz mahnilar
Müəllif: www.NiNa.Az
Nəşr tarixi: