Azərbaycanın məşhur muğamlarından olan ‘’Bayatı-Şiraz’’ Özbəkistanı da sehrləyib. Musavat.com xəbər verir ki, qardaş ölkədə keçirilən ‘’O səs Özbəkistan’’ mahnı yarışmasında gənc müğınni Dilnoza Akbarova (Əkbərova) vaxtilə Tacir Şahmalıoğlunun oxuduğu stildə ‘’Bayatı-Şiraz’’ oxuyub. Əməkdar artist Təyyar Bayramovun oğlu Kənan Bayramovun Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalındakı ifasından sonra yeni nəfəs və yeni həyat qazanan ‘’Bayatı-Şiraz’’ımız hazırda Türk Dünyasını dolaşmaqda və özünə heyran qoymaqdadır.
Bu ifadan da göründüyü kimi, ‘’Bayatı-Şiraz’’ özbək münsifləri və tamaşaçıları da sehrləyir. Buna görə də həmin möhtəşəm video-parçanı oxucularımızın seyrinə təqdim edirik.
‘’Bayatı-Şiraz’’ 7 əsas muğam dəstgahlarımızdan biridir. Bayatı isə türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub.
“Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır. Üzeyir Hacıbəyov “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə edib.
Üzeyir Hacıbəyov ‘’Bayatı–Şiraz’’ haqqında yazır: \Bədii – ruhi təsir cəhətdən... ‘’Bayatı – Şiraz’’ dinləyicidə qəmginlik hissi oyadır.\ Mirzə Fərəcin tərtib etdiyi muğam dəstgahları içərisində ‘’Bayatı – Şiraz’’ dəstgahı 17 şöbə və guşədən ibarətdir.
Dilnoza Akbarova - Bayati Siraz “ O Ses Özbəkistanı ” Ayaga Qaldiran Həmin Möhtəşəm İfa, Dilnoza Akbarova Bayati Siraz O Ses Ozbekistani Ayaga Qaldiran Hemin Mohtesem Ifa Mp3 Yukle, mp3, musiqi, mahni, axtar, yukle, pulsuz, mp3 axtar, mahni axtar, mahni yukle, mp3 yukle, mp3 axtar yukle, mp3 musiqi, musiqi yukle, yeni mahnilar, xarici mahnilar, xalq mahnilari, bass mahni, bass mahnilar, bass, trap, mahnı yüklə, mp3 yüklə, yüklə, pulsuz mahnilar
Müəllif: www.NiNa.Az
Nəşr tarixi: