Melan Məhər-in ifa etdiyi “Səsindəki Payız” parçası artıq onlayndır!
Melan Məhərə YouTube-da abunə ol : https://moa.com.az/Mel...
Nəqarət: İsmayıl Camal (Munder)
Vokal: Munder, Elton Səlim, Xəzər
Söz: Melan Məhər, Pranga
Musiqi: İsmayıl Camal
Albom: Melomanie
Studio: Cosmos pro, Jupiter rec.
Səs Rejissoru: Abbas İsmayılov
Manager: Jaheed (Contact: +994 708211632)
Prodüser: Tural Garayev (Contact: +994 55 654 77 78)
Melan Məhəri sosial şəbəkələrdə izlə :
Instagram - https://moa.com.az/Mel...
Facebook - https://moa.com.az/Mel...
Twitter - https://moa.com.az/Mel...
Melan Məhəri rəqəmsal platformalarda dinlə:
Spotify - https://moa.com.az/Mel...
Apple Music - https://moa.com.az/Mel...
Deezer - https://moa.com.az/Mel...
Genius - https://moa.com.az/Mel...
⬇Sözlər⬇
(Melan Məhər)
Üşüdür səsin məni,
Sanki payıza bürünürəm,
Demə mənə vidadan bir hərif belə,
O haqqda danışa bilmərəm,
Yığma çamadanı belə qalın geyinib hara gedirsən?
Mənsiz isinər həyatı deyir sən bir də soruş əlindən,
Hər şeirdə qış oldum ki sən həmişə qarı sevirsən,
Çıxar əlcəyini birləşsin gələcəyimiz qovuş əlimlə.
Axı bölüşəcəyim gələcək yalnız birinə dəyər,
Mininə öyrədər şeirim sevgini birinə dəyər,
Gözünə baxıb oyandım ki hündür bir türmədəyəm,
Ən azından boyun çatar ürəyimi dinləməyə.
Şəfasız xəstə olaram mən, mənə olsan dərman,
İçimdə sən tərəfdən əsən hüzünlü meh var,
Sinəm çox sipər qurdu qışa orda isti bir ev var,
Bağışla tək qoyuram səni ürəyimin içində Leyla...
(Munder)
Üşüdmə səsinlə, gəl gözümü sil sən,
Susuram önündə, ürəyimə dilsən,
İçimdə çözülməz açılmaz bi sirsən,
Yaşlanmaq istərəm səninlə eyni evdə,
Axı sən olmasan şair şeirini neylər?
Sözdən süfrə açmışam sənə gəl əyləş,
Hüzünlü sətirlərimin içində gül əylən..
(Pranga)
Yadımdasan dünən kimi pəncərədən yol çəkən gözlərinlə yadımdasan,
Əllərinlə, saçlarınla, sözlərinlə yadımdasan,
İllərdir boğa bilmədiyim özləminlə yadımdasan.
Qələm yazar, vərəq dolar, dilim susar, göz ağlar,
Bax ayırır səni məndən uzaqlar,
Mən xəyalın üşüməsin deyə şeirlərimi yaxdım ocaqda,
Mən ağlamağı bacarmıram, mənim yerimə sən ağla...
Məni unutma sən Allah,
Payız yağışı pəncərənlə rəqs edəndə xatırla,
Səni də bir gün hamı beləcə tərk edəndə xatırla,
Üzünə damcı düşəndə, qəhər boğazı deşəndə,
Gözün üfüqdə uzaqlarla birləşəndə xatırla,
Qapını bahara bağlayanda, kədər qəlbi dağlayanda, gecələr həsrətimlə ağlayanda xatırla.
Məni gözəl xatırla...
(Munder)
Üşüdmə səsinlə, gəl gözümü sil sən,
Susuram önündə, ürəyimə dilsən,
İçimdə çözülməz açılmaz bi sirsən,
Yaşlanmaq istərəm səninlə eyni evdə,
Axı sən olmasan şair şeirini neylər?
Sözdən süfrə açmışam sənə gəl əyləş,
Hüzünlü sətirlərimin içində gül əylən..
Bütün müəllif hüquqları “Musics of Azerbaijan” tərəfindən qorunur. © 2024
Etiketlər :
#MelanMəhər #SəsindəkiPayız #MusicsofAzerbaijan
Melan Məhər - Səsindəki Payız (ft. Pranga), Melan Meher Sesindeki Payiz ft Pranga Mp3 Yukle, mp3, musiqi, mahni, axtar, yukle, pulsuz, mp3 axtar, mahni axtar, mahni yukle, mp3 yukle, mp3 axtar yukle, mp3 musiqi, musiqi yukle, yeni mahnilar, xarici mahnilar, xalq mahnilari, bass mahni, bass mahnilar, bass, trap, mahnı yüklə, mp3 yüklə, yüklə, pulsuz mahnilar
Müəllif: www.NiNa.Az
Nəşr tarixi: