Orkhan Zeynalli-nın Tomris ilə birgə ifa etdiyi “Həyatın Özü” treki artıq onlayndır.
Orkhan Zeynalli-ya Youtube-da abunə ol: https://mikpro.az/ozey...
Vokal: Tomris
Beat: free
Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: https://mikpro.az/ozey...
Instagram: https://mikpro.az/ozey...
Genius: https://mikpro.az/ozey...
Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: https://mikpro.az/ozey...
Sözlər:
\x5bBənd 1: Orkhan Zeynalli\x5d
Xəyanət sabahı verilən gül dəstəsi kimi səmimiyyətdən uzaq
Danışmaq çətindirsə, gəl yazaq
Sehrli baxışın kimi əllərin də varsa
Al bu qış fəslin, əbədi döndər yaza
Unutmaq xəyal qurduğun gələcək səni etmədən məhv
Son mənzil eynidirsə, niyə bu qədər pillə edim dəf?
Ayağım səhv hər addım atdıqca növbəti hərf
Dəyişir alın yazımda, susur göylər, çünki edir sərf
Yuduqca sən hər sahili, dəniz oldu sənət sahibi
Gözü kor şairlər belə hiss edib sevər zahiri
Bitəcək qanlı döyüşlər qəlbdə hissələr daxili
Dövranı yenə də sevməz, əgər diriltsələr Sabiri
Bu sevgi sağ idi, onu yaşatmaqçün sən yarandın
İllərdir, kimlərsə sevir, illərdir, kimlərsə dözür
Görəsən, işlədərmi sevgililər “həyatım” sözün
Sevgilidən qabaq xəyanət etsə həyatın özü?!
\x5bNəqərat: Tomris\x5d
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz
\x5bBənd 2: Orkhan Zeynalli\x5d
Yenə sən getdin, yenə tək qaldım
Tanış notların içində birdən yarandı səs
Nə yaxşı dünən keçmişdə, bu günsə yanımda sən
Həyatın dəyəri qalmayıb, bil, artıq qanımda sən
Həqiqəti tap misralarda, mən əgər yalan desəm
Qırılmış qəlb əlimdə göylərlə danışanda
Dedi, xəstəlikdir təklik, al bu mələyi, dərmandır, sev
Edəndə hər anda bəhs, içilən hər and əbəs
Gedərdi, sayılsa birgə yaşadığımız hər an bir səhv
Məni pis tanıyan bir kəs, nə bilsin dərin nəfəs
Çatmasa, diriltməyə məni bəsdir: “Oyan, canım” -, desən
Bu qəlbi yaxşı tik sevginlə, qorxma, yaram dözər
Uçmağa həsrət sevgimizi qanadların bəzər
Və hətta pıçıldasa qulağıma ayı yarım kəsən
Yenə də sevərəm, olmaq sənlə mənə haram desə
\x5bNəqərat: Tomris\x5d
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
\x5bBənd 3: Orkhan Zeynalli\x5d
Pıçıltı danışmaq üçün bəs etmirsə
Qələmim artıq kağızları isitmirsə
Mən gedərəm, bilsəm ki, vərəq boş qalmaz
Yumşaq sətirlərsiz qəlblərə daş dolmaz
Hərdən səni incidəndə sevilmək
Pərdəni salıb arxamı çevirmək
Tərk etsəm də, bəlkə boşluq yaranmaz
Get, narahat olma, bu yollar bağlanmaz
\x5bNəqərat: Tomris\x5d
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz
Orkhan Zeynalli tərəfindən Tomrisin iştirakı ilə ifa olunan “Həyatın Özü” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları \mikpro\ MMC tərəfindən qorunur. © 2020
Etiketlər:
#OrkhanZeynalli #HəyatınÖzü #mikpro
Orkhan Zeynalli ft. Tomris — Həyatın Özü | 2014, Orkhan Zeynalli ft Tomris Heyatin Ozu 2014 Mp3 Yukle, mp3, musiqi, mahni, axtar, yukle, pulsuz, mp3 axtar, mahni axtar, mahni yukle, mp3 yukle, mp3 axtar yukle, mp3 musiqi, musiqi yukle, yeni mahnilar, xarici mahnilar, xalq mahnilari, bass mahni, bass mahnilar, bass, trap, mahnı yüklə, mp3 yüklə, yüklə, pulsuz mahnilar
Müəllif: www.NiNa.Az
Nəşr tarixi: