Orkhan Zeynalli-nın “Uzaq Sahillərdə” treki artıq onlayndır.
Orkhan Zeynalli-ya Youtube-da abunə ol: https://mikpro.az/ozey...
Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: https://mikpro.az/ozey...
Instagram: https://mikpro.az/ozey...
Genius: https://mikpro.az/ozey...
Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: https://mikpro.az/ozey...
Sözlər:
\x5bBənd 1\x5d
Görəsən, vicdanım vurarmı bir gün üzümə şillə?
Görəsən, necə bu cür vecsizliyimə dözmüş illər?
Görəsən, doğmalarım bir gün atıb gedəcəkmi?
Görəsən, harada enər sürdüyüm həyatda sərnişinlər?
Alagöz fahişələrə şirin söz və nəvazişlər
Müştəri hüzurunda süni gülüş, bəyaz dişlər
Doğmalar dözər, bağışlayar, onsuz öyrəşiblər
Hər soyuq addımımı qəbul edib, başa düşüblər
Görəsən, xoş sözlərə aldanıb ulduzmu oldum?
Cəmiyyətə yem uzatdım, dişlədi, quduzmu oldum?
Yayı unutdum, qalıb qışda əbədi buzmu oldum?
Dünən evin idim, bu gün masanın üstündə tozmu oldum?
Sakitcə qulaq asmaq, yazmaqla düzəlmirsə
Ya bir gün doğrudan böyüyüb, doğrudan düzəldimsə?!
Batmaqdan qorxmayıb baxışlarında üzərdimsə
Son dəfə bərk yapış, əgər tutduğun düz əl idimsə
\x5bNəqərat\x5d
Gedəcək həyatımdan dəqiqələr
Nə qədər uzaq getsəm də, tapacaq məni sevgilər
Gedəcək həyatımdan dəqiqələr
Nə qədər uzaq getsəm də, tapacaq məni sevgilər
\x5bBənd 2\x5d
Yadıma gəlmir anamı sonuncu dəfə qucaqlamağım
Babamın qəbri üstündə doyunca ağlamağım
Yadımda deyil, nə vaxt demişəm bacıma sevdiyimi
Atam heç bilirmi, görəsən, onu çox istəməyimi?
Məni doğrudan sevənlər qalır həmişə diqqətdən kənar
Mən gərək qəbul edim gələn hər bir dərddən qərar
Mən gərək məğlub edim içimi çürüdən mənləri
Mən gərək kəsim kökünü əbədi içimdə əngəllərin
İllərlə paylamaq sətirləri kimə görə, nəyə görə?
Ən pis gündə səni atıb gedən sevgiliyə görə?!
Və bir gün çıxır qabağına əsl eşq və dərdin azalır
Budurmu ədalət? Ondan sonra sevgidən sətrin azalır
Onu göz yaşı içində küçədə qoyub getmək
Əslində isə ona görə dəyər hər şeyi atıb getmək
Nə vaxt ki çıxdı, nəhayət, bir mələk həyatında
Onunla cənnətə uçmaqdansa, qanadın qırdın
Sahilə çatmamış niyə dərinlərə dalğalandın?
O can verən sevgini xilas edən son damla qandın
Uçdun, etibar etdiyin insanlığa aldandın
Doğmalar tərk edir bir-bir, gəl çıx, harada qaldın?
Harada qaldın, harada qaldın…
\x5bNəqərat\x5d
Gedəcək həyatımdan dəqiqələr
Nə qədər uzaq getsəm də, tapacaq məni sevgilər
Gedəcək həyatımdan dəqiqələr
Nə qədər uzaq getsəm də, tapacaq məni sevgilər
Orkhan Zeynalli tərəfindən ifa olunan “Uzaq Sahillərdə” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları \mikpro” MMC tərəfindən qorunur. © 2020
Etiketlər:
#OrkhanZeynalli #UzaqSahillərdə #mikpro
Orkhan Zeynalli — Uzaq Sahillərdə | 2013, Orkhan Zeynalli Uzaq Sahillerde 2013 Mp3 Yukle, mp3, musiqi, mahni, axtar, yukle, pulsuz, mp3 axtar, mahni axtar, mahni yukle, mp3 yukle, mp3 axtar yukle, mp3 musiqi, musiqi yukle, yeni mahnilar, xarici mahnilar, xalq mahnilari, bass mahni, bass mahnilar, bass, trap, mahnı yüklə, mp3 yüklə, yüklə, pulsuz mahnilar
Müəllif: www.NiNa.Az
Nəşr tarixi: