Orkhan Zeynalli-nın “Yaxşı Qız” treki artıq onlayndır.
Orkhan Zeynalli-ya Youtube-da abunə ol: https://mikpro.az/ozey...
Musiqi: Vugarixx
Kover: Amal Alili
İllustrasiya: Javeed Ilham
Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: https://mikpro.az/ozey...
Instagram: https://mikpro.az/ozey...
Genius: https://mikpro.az/ozey...
Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: https://mikpro.az/ozey...
https://backl.ink/1426...
Sözlər:
\x5bBənd 1\x5d
Oyanır hamıdan tez, baxır pəncərədən
Günəş rəngli saçlar, yaşıl göz, incə bədən
Bir azdan oyanacaq həyatdə ən vacib insanlar
Soruşacaqlar ki, hara baxırsan pəncərədən
Səhər yeməyi hazır, qaynar çay əlini yandırsa da
Səsini çıxara bilməz, çünki o fədakardır
Evin bütün yükünü kişilərin yerinə qaldırsa da
Kompliment eşitmir, şirin sözə qulağı kardır
Telefon əlindən alınıb, artıq iki ildən çoxdur
Sinif yoldaşına zəng etməkdə günahkardır
Münasibət qurmaqdan söhbət belə gedə bilməz
Ailəyə ləkə yaxılsa, o tək səbəbkardır
Darıxmır ötən illər üçün, çünki elə həmişə beləydi
Düşünür - qəribədir bu tale, hər şey kələkdir
Kaş ki, gülüşə döndərdi axıtdığı hər göz yaşı
Halbuki sevgiyə layiqdir yaraşıqlı gözü, qaşı
\x5bBənd 2\x5d
Xeyir və şər məclislərinə bər-bəzəkli
O uşaqlıqdan bilir artıq nə düz, nə əyri
Təhsil ikinci plandadır əsas ev işləridir
Gələcək həyat yoldaşına indidən öyrəşməlidir
Küçəyə tək başına çıxmaq olmaz, nə işin var çöldə?!
Tanımadığın insanlara qarşı olsun sərt çöhrə
Dinləmək olar ancaq muğam, bir də xalq mahnıların
Valideyn tərəfindən təyin olur arzuların
Bugün-sabah nişan, dəyişəcək ancaq ünvan
Dəyişəcək divarlar, amma həyat hələ zindan
Olmazmı ki,bu otaqdan onun da nazı qalsın?
Əsas o deyil, əsas evin kişisi razı qalsın
Əsas - qohumlar desin ki,o yaxşı qızdır
Əsas - bu cəmiyyət desin ki,o yaxşı qızdır
Axı o insan deyil, sadəcə kiminsə namusu
Ölüb yenidən oğlan doğulmaqdır tək arzusu
Orkhan Zeynalli tərəfindən ifa olunan “Yaxşı Qız” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları \mikpro” MMC tərəfindən qorunur. © 2020
Etiketlər:
#OrkhanZeynalli #YaxşıQız #mikpro
Orkhan Zeynalli — Yaxşı Qız (Rəsmi Audio), Orkhan Zeynalli Yaxsi Qiz Resmi Audio Mp3 Yukle, mp3, musiqi, mahni, axtar, yukle, pulsuz, mp3 axtar, mahni axtar, mahni yukle, mp3 yukle, mp3 axtar yukle, mp3 musiqi, musiqi yukle, yeni mahnilar, xarici mahnilar, xalq mahnilari, bass mahni, bass mahnilar, bass, trap, mahnı yüklə, mp3 yüklə, yüklə, pulsuz mahnilar
Müəllif: www.NiNa.Az
Nəşr tarixi: