Orkhan Zeynalli-nın “Ürəyimin Səsi” treki artıq onlayndır.
Orkhan Zeynalli-ya Youtube-da abunə ol: https://mikpro.az/ozey...
Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: https://mikpro.az/ozey...
Instagram: https://mikpro.az/ozey...
Genius: https://mikpro.az/ozey...
Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: https://mikpro.az/ozey...
Sözlər:
\x5bBənd 1\x5d
Bir gün vurulursan, həyatın dəyişir
Ağlın tərk edincə qalır hər işin yarımçıq
Bir həyat, bir oyun, bir dərs...
Davamlı üzüntü gəlir, sevgi tez bitərsə
Və hər səhər səvərsən yazıb, oyadıb
Payız xəzanı rənginə yazı boyadıb
Dəyişirsən hər günün adını o daşıyır
Gülüşünə hər gün inadın “yoldaş” deyir
Qaçacaqsansa ilk görüşdən
Sevgi qaçar açıb qanadlarını
Sən hünər toplayıb ona getməsən
Günəş önündən çəkməz buludlarını...
Bu həyat başqa cürdür, sən anla artıq!
Cavabsız qalan sevgi hər anla artır
Vər ürəyini, qoy ona qovuşsun
Azalsa da sevgin, təki var olsun
\x5bNəqərat\x5d
Sevmə, yenə tərk edəcək səni
Getmə ona tərəf bir addım da
Olma yenə doğma
Bir günün içində tanımadığın bir insana...
Hiss et, necə aldadır gözləri
Bil ki, ancaq dildədir sözləri
Sənsə bir əsərsən
Hansının ki, sonunda qırılır ürəklər
\x5bBənd 2\x5d
Bakının bir küçəsində səhərədək
Oyaq qalıb, şirin yuxunu biz zəhər edək
Gəl səfər edək yağış bərk yağan yərdə
Tək adam olaq, islanaq gedək
Kimsə də bizim kimi, sevə-sevə səhv edir
Rahat həyatın qanadını qırıb məhv edir
Kimin ki, qəlbi qırılıb o bələddir
Amma ki, bu gün hisslərim sənə tərəfdir
Mən qaçmayacam ürəyim “qaç” dedikcə
Sevgi böyük dərdlər arxasında gizləndikcə
Və hər dəfə yazdıqca mən qəmli mahnı
Tək olduğumu anlayıram, kədərim sevildikcə
Son gülüş ağrılıdır, yüz göz yaşından
Dünənlər yadımdan çıxmır düz 4 yaşımdan
Xatirələr qəmdən başqa nə verir ki?
Hər şey yaxşıdır, amma ürəyimin səsi deyir ki
\x5bNəqərat\x5d
Sevmə, yenə tərk edəcək səni
Getmə ona tərəf bir addım da
Olma yenə doğma
Bir günün içində tanımadığın bir insana...
Hiss et, necə aldadır gözləri
Bil ki, ancaq dildədir sözləri
Sənsə bir əsərsən
Hansının ki, sonunda qırılır ürəklər
\x5bBənd 3\x5d
Payız borc verir sən alırsan, utanmadan
Sevgi “gəl” deyəndə qaçırsan dayanmadan
Yuxunu danışa bilsəydin mənə oyanmadan
Şirin olardı hər söhbət, hər yan, hər an...
Sənin üçün sevgi hisslərdən yorulmaqdır
Əslində isə sevgi hisslərlə doğulmaqdır
Yəqin ki, təqvimində “mən”li günlərin çatmır
Sevgim həyat kitabında sadəcə mündəricatdır
Artıq əlim çatmır, sözlər çox yuxarıdadır
İlham pərimi görsən, soruş gör hardadır?
Bir azdan şər qarışacaq xeyri xilas edək
Sevgini atmaqdansa kiməsə miras edək
Bitən sətirlərə baxıb anladıqca mən
Yenə hisslər, yenə sevgi yazıram ancaq mən
Həyatın hissəsidir, tək qələmin səsi deyil ki
Sevgidən öncə dinlə, ürəyimin səsi deyir ki...
\x5bNəqərat\x5d
Sevmə, yenə tərk edəcək səni
Getmə ona tərəf bir addım da
Olma yenə doğma
Bir günün içində tanımadığın bir insana...
Hiss et, necə aldadır gözləri
Bil ki, ancaq dildədir sözləri
Sənsə bir əsərsən
Hansının ki, sonunda qırılır ürəklər
Orkhan Zeynalli tərəfindən ifa olunan “Ürəyimin Səsi” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları \mikpro” MMC tərəfindən qorunur. © 2020
Etiketlər:
#OrkhanZeynalli #ÜrəyiminSəsi #mikpro
Orkhan Zeynalli — Ürəyimin Səsi | 2012, Orkhan Zeynalli Ureyimin Sesi 2012 Mp3 Yukle, mp3, musiqi, mahni, axtar, yukle, pulsuz, mp3 axtar, mahni axtar, mahni yukle, mp3 yukle, mp3 axtar yukle, mp3 musiqi, musiqi yukle, yeni mahnilar, xarici mahnilar, xalq mahnilari, bass mahni, bass mahnilar, bass, trap, mahnı yüklə, mp3 yüklə, yüklə, pulsuz mahnilar
Müəllif: www.NiNa.Az
Nəşr tarixi: