Vasif Əzimov - Popuri
https://www.instagram....
Yayım/cover design: @firdovsiresul
Popuri _ Sözləri :
Saatım sən gedən andan dayanıb,
Yenidən ömrü başlıya bilmirəm.
Getmisən, mane olmamışam sənə,
Özümü heç bağışlaya bilmirəm.
Tək qalandan sonra mən anlamışam,
Demə ən dəhşəti tənhalıq imiş.
Sən imişsən gətirən hər baharı,
Sənsiz hər yer quru səhralıq imiş.
Nə qədər mən axı həsrət çəkəcəm,
Nə qədər dözmək olar, söylə gülüm.
Mən hər axşam bu ümid ilə yatıram,
Gecə ya sən gələcəksən, ya ölüm.
Bir qaranlıq gecənin vahiməsi,
Bir sınıq pəncərənin çərçivəsi.
Onu çırpan küləyin vəhşi səsi,
Mənə bəsdir səni xatırlamağa.
Bir qanadsız quşun aciz baxışı,
Baxışından duyulan yalvarışı,
Üstünə naz ilə yağan yaz yağışı,
Mənə bəsdir səni xatırlamağa.
Bəlkə mənim günahlarımdan biri sənsən,
Bəlkə də sənsiz yaşamaq bəxtimə yazılıb.
Sən unudulmaqda olan qəmli dünənsən,
Artıq ölən eşqimizin məzarı qazılıb.
Sən də gedərkən demədin, bəlkə gələrsən,
Bəs demədinmi ölərəm sənsiz ay zalım,
İndi nələr çəkdiyimi sən də bilərsən,
Gör nə deməkdir yaşamaq mənsiz ay zalım..
#vasifazimov
#popuri
Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: \WediaCorp Azərbaycan\ _ sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
Vasif Azimov - Popuri (Original Official Audio), Vasif Azimov Popuri Original Official Audio Mp3 Yukle, mp3, musiqi, mahni, axtar, yukle, pulsuz, mp3 axtar, mahni axtar, mahni yukle, mp3 yukle, mp3 axtar yukle, mp3 musiqi, musiqi yukle, yeni mahnilar, xarici mahnilar, xalq mahnilari, bass mahni, bass mahnilar, bass, trap, mahnı yüklə, mp3 yüklə, yüklə, pulsuz mahnilar
Müəllif: www.NiNa.Az
Nəşr tarixi: